Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:03

Astarada sosial yardımı ala bilmirlər?


Kəndin sakinlərinə əvvəl problemi yerli sosial müdafiə mərkəzi yaratmışdı, eyni mahiyyətli problemi kəndin icra nümayəndəsi də yaradır

Kəndin sakinlərinə əvvəl problemi yerli sosial müdafiə mərkəzi yaratmışdı, eyni mahiyyətli problemi kəndin icra nümayəndəsi də yaradır

Astaranın Kakalos kənd sakinləri şikayət edirlər ki, ünvanlı sosial yardım almaq üçün Astara rayon Sosial Müdafiə Mərkəzinə ayaq döysələr də, hər dəfə sənədləri əllərində geri qayıdırlar. Səbəbsə budur ki, onlara mart ayının 5-nə kimi sənəd qəbulunun dayandırıldığı deyilir. Təklif olunur ki, sənədlərini martın 5-dən sonra təqdim etsinlər. Kənd sakini Rizvan Cahangirov:

«DEYİRLƏR SƏNƏD QƏBULU DAYANDIRILIB»

«Deyirlər guya sənəd çox götürüblər, ona görə dayandırıblar. Martın 5-dən 15-nə kimi qəbul edəcəklər».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı İlham Məmmədovdan sənəd qəbulunun hansı səbəbdən dayandırılması ilə maraqlandıq.

İlham Məmmədov məsələni aydınlaşdırmaq üçün Astara rayon Sosial Müdafiə Mərkəzinin sədri ilə əlaqə yaratdı. Məlum oldu ki, sənəd qəbulu davam edir. Bundan sonra Rizvan Cahangirov təkrar rayon Sosial Müdafiə Mərkəzinə müraciət etdi və sənədləri qəbul olundu. Ancaq kənd sakinlərini dinlədikcə məlum oldu ki, problemlə qarşılaşan təkcə Rizvan Cahangirov deyil, ünvanlı sosial yardım almaq üçün müraciət etmək istəyən sakinlərin hamısı eyni cavab alaraq geri qayıdır.

«İCRA NÜMAYƏNDƏSİ ARAYIŞI TAPŞIRIQLA VERİR»

Kakalos kəndinin ünvanlı sosial yardım almaq istəyən sakinlərinin bu yardımı almalarına əngəllər törədən başqa bəhanələr də var. Məsələn, Rizvan Cahangirov deyir ki, Kakalos kənd icra nümayəndəliyi sakinlərə Astara rayon Sosial Müdafiə Mərkəzinə təqdim etmək üçün yaşayış yeri haqqında arayış vermir. Sakinlərə bildirilir ki, rayon sosial müdafiə mərkəzindən onlara bu barədə tapşırıq gəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun
Vəkil Xalid Bağırov
əməkdaşı İlham Məmmədov kənd icra nümayəndəliyinə belə bir tapşırıq verilmədiyini dedi.

Elə Kakalos kənd icra nümayəndəliyindən də kənd sakinlərinə yaşayış yeri haqqında arayış verilməməsi haqda deyilənləri təkzib etdilər.

«BU, SIRF QANUNSUZLUQDUR»

Vəkil Xalid Bağırov deyir ki, yaşayış yeri və ailə tərkibi haqqında arayış istənilən vaxt hər kəsə sorğu-sualsız verilməlidir:

«MİS rəislərinin, qəsəbə icra nümayəndələrinin yaratdıqları bu problemlərlə çox rastlaşırıq. Belə arayışların alınmasında da vətəndaşlara xeyli problemlər yaradırlar. Bəhanələr yaradırlar ki, filan sənədi gətirmədən, filan ödənişləri etmədən, torpaq vergisi ödəmədən sənə belə arayış verə bilmərəm. Bu, qanunsuzdur. Çünki belə arayışların verilməsindən imtina edilməsi üçün hər hansı qanuni əsas yoxdur. Konkret kakalosluların şikayətinə gəlincə, burda artıq söhbət yerli orqanlar arasında vətəndaşlara ortaq şəkildə problem yaratmaqdan gedir. Həmin kəndin sakinlərinə əvvəl problemi yerli sosial müdafiə mərkəzi yaratmışdı, eyni mahiyyətli problemi kəndin icra nümayəndəsi də yaradır. Bu, sırf qanunsuz hərəkətdir».

«Qaynar xətt» efirə hazırlanarkən Kakalos kənd sakinləri xəbər verdilər ki, Astara Sosial Müdafiə Mərkəzi sənədlərini qəbul etməyə başlayıb.

Kakalos kənd icra nümayəndəliyi də daha tapşırıq gözləmədən Astara rayon Sosial Müdafiə Mərkəzinə təqdim etmək üçün lazım olar arayışı kəndlilərə verir.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG