Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

Sədaqət Əliqızı. Yağışa qulaq as















PAYIZ KÜLƏYİ

Yalqız gecələrin yalquzağı tək
ulayır, uğuldayır,
payız küləyi.
Ağacdan sıyrılan yarpaqlar
fırlanır küləyin
əlində naçar.
Sovrulub havada
ovulub tökülürlər
içini dərd yeyən
adamlar kimi
Göynəyib sızladıqca
yetim körpənin
taxta sinəsində
bir quş ürəyi,
Silinir dünyanın
saxta rəngləri,

Silinir çrklərin
üz boyası kimi

Dolub göy üzü
mavi göz təki
havadan
cəhənnəm qoxusu gəlir.
Hara yox oldu adamlar?...
adamlar?
Küçədə adama oxşayanlar gəzir.


MƏN BU DÜNYADAN


Nəyim var dünyada sözümdən başqa,
Avandı--tərsi bir üzümdən başqa.
Buraxıb hər şeyi özümdən başqa,
Varıb gedəcəyəm mən bu dünyadan.

Arzular gözümdə donan yaşsa da
Bu ömür əzəldən qəmə tuşsa da
Bu yollar qarşımda qara daşsa da,
Yarıb gedəcəyəm mən bu dünyadan .

İlləri boşuna yanmışam oda ,
Mənimçin bu dünya kimsəsiz ada.
Heç nə gərək deyil elə piyada ,
Durub gedəcəyəm mən bu dünyadan.

Ələndi saçıma vaxtsız bəyaz qar,
İstərsən kəfənə sarma ya da sar.
Dayan üerəyimdə suallarım var,
Sorub gedəcəyəm mən bu dünyadan .


ON DOQQUZ YANVAR GECƏSİ


Yağış yağan şəhərə
Güllə ayaqdı bu axşam
Həmin günü evlərdə
ürəklərdə söndü şam
Məmləkətin göyləri
bir andaca qaraldı
Toy xınası getməmiş
Qız gəlinlər dul qaldı
Dodağında donaraq
Təbəssümü ah necə
Yuxuladı əbədi
Körpələr həmin gecə
Qurban getdi vətənə
Neçə igid oğul qız
Ölümümüzlə var olduq
Məğlub düşmən qalib biz.


ƏSGƏRƏ

Mərmi səslərindən göylər səksənib,
Üfüqdə matəmdir yasdır bu səhər.
Buludlarqəm üstə dolub köklənib,
Onları boğurdu göz yaşı qəhər.
Dağlar da igidi ağlayır dillə ,
El- oba düşübdur yenik qədərə.
Düşmənin əlindən açılan güllə
Əsgərin köksündə girib səngərə.
Köz təki qızardıb yeri al qnı,
Torpağı qucmuşdur soyuq bədəni
Titrədir ürəkləri onun son anı,
Oyulmuş köksünə qoyub vətəni.


YAĞIŞA QULAQ AS


Əsəbindən qıvrılan, yumruq təki.
Çırpılır asfalta yağış dənəcikləri.
Soyuqanlı ağır – ağır keçib gedən seli.
Kimsə duymur yağışın səsindəki, naləni.
Hər kəs susub heç kəs dinmir, səssiz filimlər kimi.
Qulaq batırır səsizlik,
Sükuta bürünüb şəhər.
Sükut içində boğulan məmləkət,
Duyarsız insanlarda sarsılan , yıxılan məmləkət
Bizləri üstündə candərdi gəzdirən torpaq
Sığınıb payıza,
Ağlayır hıçqıraraq.
Yağışa qulaq as,
Yağışa qulaq as.


MƏNSUR ŞER

Gecə idi, havada nəm çəkmiş buludların qoxusu vardı.
Bir də tənhalıq qorxusu.
Pəncərələrdə işıqlar sönmüşdü.
Təkcə mənim pəncərəm idi , mənim kimi.
Gecəyə yağış yağırdı səsində hüzün vardı.
Bu adi yağış deyildi ilahi,
Qapqara saçları üzünə dağılmış qızın,
Göz yaşları idi gecəyə yağan yağış.
Daş döşəməyə düşüb çiliklənirdi .
Billur qədəh kimi.
Bir qızın hlçqırtıları,
Gecənin səsizliyində fəryad qoparırdı.
Gecəyə yağış yağırdı bu adi yağış deyildi ilahi...
Gecə ağlayırdı, Gecə ağlayır.


QORXULU YUXU

Yıxılmış köklü bir ağac,
Tapdanmış budaqları.
Andırır bir elin, elatın yoxluğunu .
Bir yolçunun nəfəsinin təngidiyni,
Gücünün tükəndiyini.
Suyu qurumuş arxın ürəksıxan boşluğu.
Xatırladır mənə insanların gözündə
Sonuncu ümüdün xarabalığnı.
Dayandığım yer sonuncu
- Uçurum
Baxdıqca gözüm qaralır.
- Boşluq
Sonsuz uzanır
- Bu yuxu
Qorxulu yuxuların ən qorxulusu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG