Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:18

Qəddafi tərəfdarlarının cəhdi uğursuzluqla nəticələnib


Liviya lideri Muammar Qaddafinin tərəfdarları strateji Zaviya şəhərini ələ keçirməyə cəhd etsə də buna nail ola bilməyiblər. Məlumata görə, tank və hava hücumundan müdafiə silahları ilə silahlanmış Qaddafi tərəfdarları dünən gecə, 6 saat ərzində şəhər uğrunda mübarizə aparıb, 6 istiqamətdən hücum ediblər. Üsyançılar hücumu dəf ediblər.

Zaviya şəhəri paytaxt Tripolidən qərbdə yerləşir.

Bu arada dünən xarici mətbuata müsahibəsində Qaddafi bildirib ki, xalqı onu sevir və özlərini onun uğrunda qurban verməyə hazırdırlar.

ABŞ-ın BMT-dəki səfiri Susan Rice Qaddafinin bu bəyanatını «xülya» adlandırıb. Bundan əvvəl isə ABŞ Liviya hökumətinin 30 milyard dollarlıq hesabını dondurub, hərbi gəmi və təyyarələrini Liviya yaxınlığına dislokasiya edib.
XS
SM
MD
LG