Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə gələcək


Azərbaycan ərazisinə bahar martın 20-dən 21-nə keçən gecə Bakı vaxtı ilə təxminən saat 03:21 radələrində gələcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada «yaz bərabərliyi nöqtəsi» deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır. Bu, iyun ayının 21-ə qədər davam edir.

Martın 20-si axşam Azərbaycanda həm də bayram axşamı hesab olunur.

Bu gün isə 4 çərşənbədən biri - od çərşənbəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG