Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Mitinq ərəfəsində erməni müxalifətinin fəalları həbsə atılır


Ermənistanda keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi martın 1-də Yerevanda kütləvi etiraz askiyası keçirməyə hazırlaşır. Bu barədə fevralın 18-də keçirilmiş sonuncu mitinqdə qərar verilib.

Müxalifət bildirir ki, qarşıdakı mitinq ərəfəsində polois onun tərəfdarlarının gözünü qorxutmaq üçün onları təqib edir, həbsə atır. Polis isə yalnız müxalifətin gənc fəallarının ictimai qaydalar əlryhinə hərəkətlərinin qarşısını almağa çalışdığını bildirir.
Müxalifət 2008-ci ilin mübahisəli prezident seçkisindən bu yan ən kütləvi aksiyasını keçirəcəyini iddia edir.

Erməni Müxalifəti 2008-ci ildə Serj Sarkisyanın qalib elan edildiyi prezident seçkisinin nəticələrini qəbul etmir və həmçinin ölkədə sosial problemlərin həllini tələb edir. Levon Ter-Petrosyan bildirib ki, onların tələbləri nəzərə alınmasa Ermənistan hakimiyyətini də indi ərəb ölkələrinin üzləşdikləri inqilab gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG