Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

ABŞ ordusu Liviya sərhədlərinə doğru mövqe tutub


Britaniyanın Baş naziri David Cameron bildirib ki, onun ölkəsi başqa müttəfiqləri ilə birlikdə Liviya üzərindən uçuşlara qadağa qoyulması işlərinə başlaya bilər. Liviya fəalları Qaddafi rejiminin havadan mitinqçilərə zərbələr endirməsinin qarşısını almaq üçün belə qadağanən tətbiqinə çağırırlar.

Avstraliyanın Xarici İşlər naziri də belə qadağanın tətbiqi üçün BMT-yə müraciət etməyə hazırlaşdırlarını bildirib.

Amma NATO-nun Baş katibi bu cür addımlardan rəhbərlik etdiyi alyansı kənar tutmağa çalışır.

Eyni zamanda Pentaqonun sözçüsü bildirib ki, ABŞ-ın hərbi dəniz donanması və hərbi hava qüvvələri mümkün əmrlərə hazırlıq üçün Liviya sərhədlərinə doğru mövqe tutuduğunu bildirib.

BMT-nin məlumatına görə inqilab başlayandan bu yana Liviyanı 100 000 nəfərdən çox adam tərk edib. BMT-nin fövqəladə yardımlar üzrə kordinatoru bildirib ki, qaçqınların çoxu – 61 000 nəfəri Misirə sığınıb. 40 000 nəfərə yaxın Tunisə, 1000 nəfər də Nigerə qaçıb.

BMT-nin Baş katibi Ban Ki-monn 1000 nəfərdən çox adamın həlak olduğunu bildirib. Amma bəzi qərb mənbələrində ölənlərin 2000 nəfər yaxın olduğu deyilir.
Üç həftəyə yaxındı davam edən etiraz askiyaları ilə Liviya lideri Muammar Qaddafi ölkənin ərzisinin çoxuna nəzarəti tirisə də istefa verməkdən imtina edir. Əksinə imkanı olna hər yerdə əlində olan hərbi qüvvələrlə mitinqçilərə divan tutur.

Qərbin informasiya agentlikləri fevralın 28-də hökumət qüvvələri ilə müxalifətin tərəfində olan silahlı dəstələr arasında paytaxt Tripolidə də atışmalar olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG