Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Bəhreyndə mitinqçilər parlamentin girişini bağlayıblar


Bəhreyndə etiraz askiyası iştirakçıları parlamentin yuxarı palatasının binasına girişi bağlayıblar.

Fevralın 28-də paytaxt Manamada bir qrup tələbə parlamentin binası qarşısında nümayiş keçirib. Onların başqa bir qrupu isə oxuduqları məktəblərin içərisində nümayiş keçirərərk ölkədə siyasi islahatlar tələbilə keçirilən etiraz aksiyalarına dəstək nümayiş etdiriblər.

Başqa bir qrup tələbə isə dövlət televiziyasına doğru yürüşə cəhd edib.

Keçən həftədən başqalayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində azı 7 nəfər həlak olub.

Müxalifətlə dil tapmağa çalışan kral Hamad bin Isa al-Khalifa keçən həftə hökumətdə bir qədər dəyişikliklər edib etiraz askiyalarında saxlanmış 300 nəfəri azadlığa buraxıb.

ABŞ prezidenti Barak Obama bildirib ki, Bıhreyn kralı islahatlara dair vədlərini təkrar edib və o, kralın milli dialoqa doğru addımlarını alqışlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG