Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Liviyada neft istehsalı yarıya düşüb


Dünyanın 12-ci ən böyük neft ixracatçısı olan Liviyada üsyanlara görə neft hasilatı yarıya enib. Bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat verib.

Liviya bu hadisələrə qədər gündə 1.6 milyon barrel neft istehsal edirdi.

Amma dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bəyan edib ki, dünya bazarında neft sarıdan qıtlıq yaranmaması üçün özü hasilatı artırır.

Fevralın 28-də Çinin Milli Neft Korporasiyası bəyan edib ki, hasilatı dayandıraraq işçilərinin hamısını Liviyadan çıxarır.

Ölkəni bürümüş inqilaba görə Şiviyada çalışan başqa beynəlxalq enerji şirkətləri də neft hasilatını azaldıblar.

Avropa Birliyinin Enerji Komissarı Gunther Oettinger bu gün bildirib ki, artıq Liviya lideri Muammar Qaddafi ölkənin neft və qaz qurğularına nəzarəti itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG