Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:43
Fövqəladə Hallar Nazirliyinin komissiyası bazar ertəsi Sabirabad rayon İcra Hakimiyyətinin binasında 2010-cu ilin yazında daşqına məruz qalmış kəndlərin sakinləri ilə görüş keçirib. Görüşdə Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı kəndlərinin 30-a yaxın nümayəndəsi iştirak edib.

Bu kəndlərin sakinləri fevralın 24-də korrupsiyaya son qoyulması və daşqından sonra çıxılmaz vəziyyətdə qalmış əhalinin sosial-iqtisadi problemlərinin həll edilməsi tələbi ilə mitinq keçiriblər.

Mitinq iştirakçılarından biri Turan informasiya agentliyinə bildirib ki, komissiyanın rəhbəri - FH naziri müavini Orucəli Hacıyev daşqından zərər çəkmişlərin şikayətlərini dinləyib və qısa məsləhətləşmədən sonra problemlərin aradan qaldırılması üzrə tədbirləri elan edib.

Həmin plana görə sakinlərə adambaşına 150 manat, hər 1 ha torpaq sahəsinə görə 100 manat həcmində birdəfəlik kompensasiya ödəniləcək. Yaxın gələcəkdə bərpa məqsədilə evlərə və tikililərə dəymiş ziyanın qiymətləndirilməsi üçün bölgəyə komissiya gələcək. Həmçinin, kəndlərin stabil olaraq elektrik enerjisi ilə təmin edilməsinin bərpası, yolların təmiri və s. vəd olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG