Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

Azərbaycan İranın təsirindən qorxur


Azerbaijan -- President Ilham Aliyev (R) and his Iranian counterpart Mahmud Ahmadinejad during an official welcome ceremony in Baku, 17Nov2010

Azerbaijan -- President Ilham Aliyev (R) and his Iranian counterpart Mahmud Ahmadinejad during an official welcome ceremony in Baku, 17Nov2010

«France Presse» agentliyi Azərbaycan-İran münasibətlərinə dair məqalə dərc edib. Müəllif Emil Quliyev məqalədə Astaradakı müşahidələrini və iki ölkənin münasibətlərinə dair ekspert mövqeyini təqdim edir:

Astarada hər gün malla dolu yüzlərlə yük maşını İrandan Azərbaycan keçir. Astara bazarlarında İrandan gətirilib satılan kartof, portağal və üzüm İranın təsirinin Azərbaycanın bu sərhəd rayonundakı yeganə işarəsi deyil. Buradakı evlərdə və çayxanalarda Azərbaycan dilində xəbər yayan, lakin Tehranın mövqeyini əks etdirən İranın televiziya kanalına da baxmaq olur.

Əhalisi əsasən şiə müsəlmanlarından ibarət olan bu iki ölkənin ticarət əlaqələrinə baxmayaraq, siyasi münasibətlərində son vaxtlar gərginlik artıb. Əsasən də islam məsələsinə görə.

Azərbaycan dünyəvi hökuməti olan keçmiş sovet dövlətidir. Son həftələrdə Bakıdakı İran səfirliyi qarşısında kiçik, lakin KİV-də geniş işıqlandırılmış etiraz aksiyaları olub. Həmin aksiyalarda Tehran islam ekstremistlərini dəstəkləməklə Azərbaycanda sabitliyi pozmaq cəhdində ittiham olunub.

İranda çoxlu azərbaycanlı var. Onların 74 milyonluq İran əhalisinin dörddə birini təşkil edir. Onların sayı Azərbaycanın öz əhalisinin sayından çoxdur.

Astaradakı çayxanaların birində iş adamı Elçin İbrahimli deyir ki, TEHRAN «SƏHƏR» TELEVİZİYA KANALINDAN TƏBLİĞAT SİLAHI KİMİ İSTİFADƏ EDİR, bu kanal hər şeyi şişirdir:

«Azərbaycanda kiçik bir hadisə baş verəndə, bunu fəlakət, yaxud beynəlxalq problem kimi təsvir edirlər».

Başqa iş adamı Ağahəsən Həşimli isə deyir ki, «Səhər» telekanalı Azərbaycandakı problemlərdən danışanda, sonuncu dəfə baş örtüyü məsələsindən məharətlə istifadə edib.

Azərbaycan rəsmiləri İranı ölkədə narazılığı qızışdırmaqda ittiham edirlər
Azərbaycanda orta məktəblərdə hicabın qadağan edilməsi dindarların etirazına səbəb olmuşdu. Azərbaycan rəsmiləri İranı ölkədə narazılığı qızışdırmaqda ittiham etmişdilər. «Səhər» telekanalı həm də Azərbaycanı Tehranın düşmən saydığı ABŞ və İsraillə dost münasibətlərinə görə də tənqid edir.

Hökumətpərəst Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyir ki, «Azərbaycanla Qərbin hər hansı yaxınlaşmasını İran təhlükə kimi qəbul edir. İRAN AZƏRBAYCANDA İSLAM EKSTREMİZMİNİ DƏSTƏKLƏYİR. Çünki din dövlətdə aparıcı rola yiyələnsə, onda İran Azərbaycan siyasətinə təsir etmək üçün daha çox rıçaqa malik olacaq».

İki ölkə arasındakı narazılığın başqa bir mənbəyi Tehranın Ermənistanla iqtisadi əlaqələrini artırması ilə bağlıdır. Analitik Sədrəddin Soltan deyir ki, İran Azərbaycancanı İsrailə düşmən münasibət bəsləməyə çağırır:

«Deyirlər ki, bunu din tələb edir. Lakin İran özü müsəlman ölkəsi olan Azərbaycan torpağını işğal etmiş bir ölkə ilə fəal əməkdaşlıq edir. Onda müsəlman həmrəyli harada qaldı?».

Yanvarda isə Bakı ilə Tehran İrana Azərbaycan qazının satılmasına dair 5 illik saziş imzalayıb.

Astara iki ölkə arasında həm də mürəkkəb münasibətləri əks etdirir. 19-cu əsrdə sərhəd müəyyənləşdiriləndə, Astara iki yerə bölünüb. Burda yaşayanların qohumları o biri tayda qalıb. Ona görə də Astara gömrük keçid məntəqəsində həmişə çoxlu sayda insan olur. Onlar ya nəsə gətirib satanlardır, ya da qohumlarının görüşünə gələnlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG