Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:01

Omanda etiraz aksiyaları üçüncü gündür davam edir


Omanda yüzlərlə etiraz askiyası iştirakçısı ölkənin ikinci ən böyük Sohar limanını bağlayıblar. Paytaxt Muscatın 200 kilometrliyində yerləşən Sohar şəhərinin əsas yollarını da təhlükəsizlik qüvvələri bağlayıblar.

Rəsmilər həmin şəhərdə bazar günü baş vermiş toqquşmalarda bir nəfərin həlak olduğunu bildirirlər. Polis mitinqçiləri dağıtmaq üçün gözyaşardan qaz, rezin güllələrdən istifadə edib.

Sultan Qaboos bin Said və ailəsinin rəhbərlik etdiyi Oman Hormuz boğazında dünyanın neft tankerlərinin 40 faizinin keçdiyi yolun üstündədir. Bu ölkə həm Tehran, həm də Washingtonla yaxşı əlaqələrinə görə tez-tez İranla Qərb arasında vasitəçilik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG