Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:01

Qaddafiyə tabe olan silahlı qüvvələr etiraz askiyalarına divan tutur


Müxalifətçilərin nəzarətində olan Benghazi, 25 fevral 2011
Müxalifətçilərin nəzarətində olan Benghazi, 25 fevral 2011
Avropa Birliyi Qəddafi və asiləsinə qadağalar qoydu

Fevralın 28-də Avropa Birliyi Liviya lideri Muammar Qaddafi rejiminə qarşı sanksiyaları qəbul edib. Sanksiyalarda onun rejiminə silah satılmasına qadağalar, onun nümayəndələrinin bank hesablarının dondurulması viza qadağaları nəzərdə tutulur.

Avropa Birliyinə rəhbərlik edən Macarıstanın Enerji naziri bildirib ki, bank hesablarının dondurulması və viza qadağası Qaddafinin özünə, onun ailə üzvləri və komandasında 20-ə yaxın adama tətbiq ediləcək.


Qaddafi ordusu şəhəri mühasirəyə alıb


Liviyanın şimalındakı Az Zawiyah şəhərində Gaddafinin tərəfdarları, ordu və müxalifət arasında döyüşlər gedir. Gəddafinin ordusunun şəhəri mühasirəyə aldığı bildirilir.

Gaddafini dünya liderləri istefaya çağırır. O isə baş verənlərdə xarici ölkələri və “Əl-Qaidə”ni ittiham edir.

Qərb mənbələri son 10 gündə Qaddafinin 42 illik hakimiyyətinə son qoyulmasını tələb edən mitinqçilərlə hökumət qüvvələrinin toqquşması nəticəsində 2 minə yaxın adamın həlak olması haqqında məlumatlar var. Liviyadan verilən xəbərlərə görə Qaddafiyə tabe olan qoşunlar bir çox hallarda etiraz askiyası iştirakçılarına hərbi təyyarələrlə hücum edib.

BMT təcili yardıma çağırır


Bu gün Cenevrədə ABŞ, Avropa Birliyi və Yaxın Şərq ölkələri nümayəndələri yığışacaq. Onlar Liviyadakı vəziyyətlə bağlı növbəti addımları müzakirə edəcəklər.
Həmçinin oxuyun:

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay hesab edir ki, dünya Yaxın Şərqdə isnalahatlara dəstək verməlidir. O, fevralın 28-da BMT-nin İnsan Haqları Şurasında çıxışında bildirib ki, etiraz aksiyaları ilə rejimlər dəyişmiş ölkələrdə yeni sistemin möhkəmləndirilməsinə mümkün qədər tez yardım etmək lazımdır. Həm də bu kömək köhnə sistemlər yenidən güclənmədən, yeni təhlükələr meydana çıxmadan edilməlidir.

ABŞ Dövlət Katibi Hillari Klinton da bu gün Cenevrdədə İnsan Haqları şurasında Liviyada vəziyyətə dair xarici işlər nazirlərinə müraciət edəcək.

Fransa müxalifət tərəfə dava-dərman göndərir


Fransanın Baş naziri Francois Fillon fevralın 28-də bildirib ki, Liviyada müxalifət qüvvələrinin nəzarətində olan ərazilərə iri həcmdə yardımlar göndərəcək. Baş nazir deyib ki, Fransadan iki təyyarə ilə Benghazi şəhərinə həkimlər, tibb bacıları, dava-dərman göndəriləcək. Amma Francois Fillon ölkəsinin hərbi hava qüvvələrinin Liviya üzərindən uçuşların qadağan edilməsi tədbirlərinə qoşulması ehtimalına o qədər də inanmadığını deyib. Onun fikrincə, heç NATO-nun da Liviya üəzrindən uçuşların qadağan edilməsi təkliflərinin icrasına qoşulması ağlabatan deyil:

- Bu gün Avropada heç kim belə əməliyyatları həyata keçirə bilməz. Bu işə NATO qarışmalıdır. Amma bilmirəm, NATO bu regiondakı vətəndaş müharibəsinə müdaxilə etməlidirmi? Belə addımı atmazdan əvvəl həmin suala da cavab tapmaq lazımdır.

Beynəlxalq Məhkəmə Liviyada insanlıq əleyhinə cinayətlərin araşdırıla biləcəyini deyir

Fevralın28-də Beynəlxalq Cinayətlər Məhkəməsinin müstəntiqi Liviyada insanlıq əleyhinə cinayət ittihamı ilə araşdırıma aparıla biləcəyini deyib. Müstəntiq Luis Moreno-Ocampo Haaqada jurnalistlərə bildirib ki, onun ofisi artıq Muammar Qaddafiyə tabe olan silahlı qüvvələrin mülki sakinlərə qarşı sistemli və geniş yayılmış hücumlarla bağlı məlumatları toplayır. Həmin məlumatlar əsasında da fevralın 15-dən bu yana Liviyadakı zorakılıqları araşdırmaq üçün insanlıq əleyhinə cinayət ittihamı ilə araşrırıma başlanıb-başlanmaması haqqında qərar verəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG