Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

Sosial Müdafiə Fondunun işçiləri nədən müttəhimlər kürsüsündə əyləşiblər?


Dövlətə ümumilikdə 310 min 663 manat ziyan dəyib
Dövlətə ümumilikdə 310 min 663 manat ziyan dəyib
Bakı Ağır Cəza Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin müdiri Allahverdi Əliyevin məhkəməsi keçirilir. Müttəhimlər kürsüsündə ondan başqa şöbənin baş mühasibi Ömər Bayramov, məsləhətçi Mehman Hüseynov, rayondakı Aşağı Ağcakənd qəsəbə poçt məntəqəsinin rəisi Hidayət Süleymanov da əyləşib.

İttiham aktına görə, həmin bu şəxslər 2007-ci ildən 2009-cu ilin yanvarınadək 64 nəfərə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən saxta sənədlər düzəldiblər. Bundan başqa ümumiyyətlə, həyatda mövcud olmayan 51 nəfərə dair eyni saxta sənəd hazırlanıb.

Bununla da saxta sənədlər əsasında pensiya işlərinin açılmasına, plastik ödəmə kartlarının sifariş verilməsinə və pensiya məbləğlərinin ödənişə göndərilməsinə nail olublar.

İttiham aktında daha sonra qeyd edilir ki, adıçəkilən şəxslər dövlətə ümumilikdə 310 min 663 manat ziyan vurublar.

İttihamnamədə o da bildirilir ki, Allahverdi Əliyev şöbənin işçilərinə aparılmış yoxlama zamanı aşkar edilən əyər-əskikləri ört basdır etmək üçün pul yığmağı tapşırıb. Bununla da, 2009-cu ilin fevral-mart aylarında Goranboy rayonunda 10 min 900 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər.

Ancaq məhkəmə prosesində ifadə verən şəxslər ittihamnaməni uydurma sayaraq özlərini təqsirli bilməyiblər.

Onlar ifadələrində qeyd ediblər ki, rəsmi sənədlərlə iş görüblər və mənimsəmə hallarına yol verməyiblər.

Məhkəmə prosesi davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG