Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Cəlilabadda suyun səviyyəsi düşüb


Cəlilabad rayonunda Mişarçay üstündəki bəndin aşmaq təhlükəsi aradan qalxıb. Vəziyyət artıq nəzarət altındadır.

Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov AzadlıqRadiosuna belə deyib.

«Biz suyun bəndi yumasına imkan vermədik. Suyun səviyyəsi 2 metrədək qalxmışdı. Axırıncı dəfə 1982-ci ildə belə bir hadisə olmuşdu. İndi vəziyyət normaldır. Suyun səviyyəsi qalxdığı qədər də düşüb».

Komissiya sədri deyir ki, Fövqəladə Hallar Nazirliyinin Lənkəran regional şöbəsinin əməkdaşları da Cəlilabaddadır:

«Biz onları köməyə çağırmışıq. Su nasosları, maşınlarla gəliblər. Hansı həyətdə, zirzəmidə su var çəkirik».

Asif Əzizov rayona və fərdi təsərrüfatlara ciddi ziyan dəymədiyini söyləyir.

Son günlər rayonda aramsız sulu qar və yağışın yağması çaylarda suyun səviyyəsinin artmasına səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG