Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Cabbar Savalanın vəkili apellyasiya şikayəti verdi


Fevralın 28-də AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanın vəkili Anar Qasımov Sumqayıt şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Bu barədə AzadlıqRadiosuna Anar Qasımov məlumat verib.

Cabbar Savalanın tutulma vaxtı yol verilmiş qanun pozuntuları üzrə fevralın 25-də məhkəmə prosesi keçirilmişdi və onun iddiası təmin olunmamışdı.

Apellyasiya şikayəti də həmin qərardan verilib.

Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. Onu 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sumqayıt şəhər Məhkəməsi onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.

İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi Cabbar Savalanın həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.
XS
SM
MD
LG