Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Qusarda xizək kompleksi işə düşdü


Açılışa prezidentin xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev də qatılıb

Açılışa prezidentin xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev də qatılıb

Prezident İlham Əliyev fevralın 27-də Qusarda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak edib.

Açılışa prezidentin xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev də qatılıb.
Kanat yolu sınaq məqsədilə prezident işə salıb. Daha sonra İlham Əliyev və Mehriban Əliyeva xizək sürüblər.

Turizm Kompleksinin tikintisinə 2009-cu ilin sentyabrında başlanıb.
Kompleks Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndində yerləşir.

AzərTAc yazır ki, tikintiyə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.

Tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər. Layihənin dəyəri haqda məlumat veirlimir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər haqda İlham Əliyevə məlumat verib.

Prezident inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG