Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

Çinin sabitliyinə təhlükə yaranıb


Qiymətlərin qalxması ölkədə sosial sabitliyə təhlükədir. Bunu Çinin baş naziri Wen Jiabao deyib.

O İnternet vasitəsilə verilmiş suallara cavabında xüsusilə ərzaq məhsullarının qəflətən bahalaşmasının əsas problemlərdən biri olduğunu deyib.

Baş nazir inflyasiyanın qarşısının alınacağı, səhiyyə sisteminin inkişaf etdiriləcəyi, həddən artıq sosial təbəqələşməyə yol verilməyəcəyin də vəd edib.

Baş nazirin çıxışı hökumət əleyhinə mümkün nümayişlər ərəfəsində yayılıb.

Bazar günü sosial internet şəbəkələrində ölkənin müxtəlif şəhərlərində əhalinin mitinqlərə səsləyən çağırışlar yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG