Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:02

Hollivud 2010-cu ilin "Ən yaxşı"larını seçdi


Film 12 nominasiyada irəli sürülsə də, yalnız dörd «Oskar» alıb
Film 12 nominasiyada irəli sürülsə də, yalnız dörd «Oskar» alıb
Amerika kinoakademiyası «Kral danışır!» filmini 2010-cu ilin ən yaxşı filmi seçib.

Film 12 nominasiyada irəli sürülsə də, yalnız dörd «Oskar» alıb.

Münsiflər heyətinin fikrincə, «Ən yaxşı rejissor işi»ni «Kral danışır!» filminin rejissoru Tom Huper nümayiş etdirib. Filmdə baş rolun ifaçısı britaniyalı Kolin Fert isə «Ən yaxşı aktyor» nominasiyası üzrə «Oskar» qazanıb.

«Kral danışır!» filmi həmçinin, «Ən yaxşı orijinal ssenari» nominasiyasının qalibi olub.

2010-cu ilin «Ən yaxşı aktrisası» isə «Qara Qu quşu» filmində oynayan Natali Portmandır.

«Ən yaxşı xarici film» üzrə «Oskar»ı isə danimarkalı rejissor Syuzen Bayrın «İntiqam» filmi əldə edib.




Köhnə və Yeni Hollivudun döyüşündən – ürək və beyinin mübarizəsindən ürək qalib çıxdı. The New York Times-ın yazarı Alessandra Stanley növbəti Oskar qaliblərinin élan olunduğu gecədən belə yazır.

Köhnə Hollivud deyəndə ən yaxşı film nominasiyasında Oscar alan “Kinq`s speech” - Kral Danışır filmini, ürək deyəndə də Kral VI George-u nəzərdə tutur. Beyin deyəndə Facebook-un banisi Mark Zuckerberg-i, və yeni media haqda çəkilən “Social network” - Sosial şəbəkə filmini nəzərdə tutur.


Çoxlarının ən yaxşı film olacağını gözlədiyi və Facebook-un yaradılmasından bəhs edən Social Networking filmi başqa nominasiyalarda 3 Oskar alıb: Ən yaxşı montaj, Ən yaxşı original əhvalat və Ən yaxşı musiqiyə görə.

Tom Cruzun baş rolda oynadığı “The inception” – Başlanğıc filmi də 4 Oscar qazanıb: Ən yaxşı kinematoqraf, Ən yaxşı səs montajı, Ən yaxşı səsləndirmə, Ən yaxşı visual effectlər nominasiyalarında.

Döyüşçü filmi - ən yaxşı yardımçı aktyor və ən yaxşı yardımçı aktrisa nominasiyalarında,

“Sevgi Allahı” – qısametrajlı film nominasiyasında,

“İçəridəki iş” ən yaxşı sənədli film nominasiyasıda,

“Alisa möcüzələr diyarında” - ən yaxşı kostyum və ən yaxşı dizayn nominasiyasında Oscara layiq görülüb.

İlin ən yaxşı cizgi filmi “Toy Story 3” seçilib, “İtirilmiş rəmz” isə Ən yaxşı qısametrajlı cizgi film olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG