Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:05

Yazıçı Eyvaz Əlləzoğlu torpağa tapşırıldı


Yazıçı Eyvaz Əlləzoğlu fevralın 27-də Bakının Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

“Media forum” saytı xəbər verir ki, dəfndə yazarlar Abbas Abdulla, Eyvaz Borçalı, Zəlimxan Yaqub, Mövlud Süleymanlı, Arif Əmrahoğlu, Nəriman Əbdülrəhmanlı və başqa qələm adamları, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edib.

Hüzr mərasimi Bakıxanov qəsəbəsində, “Şəhriyar” sarayının arxasında keçirilir. Fevralın 28-də mərhumun üçü veriləcək.

Üç uşaq atası olan Eyvaz Əlləzoğlu fevralın 26-da 55 yaşında vəfat edib. “Media forum” saytına verilən bilgiyə görə, yazıçı insult keçirib, onun beyninə qan sızıb.

ALLAH RƏHMƏT ELƏSİN!

E.Əlləzoğlu 1956-cı ildə Gürcüstanın Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olub.

Tbilisi Pedaqoji İnistitutunun filoloji fakültəsini bitirib.

1980-ci ildən dövrü mətbuatda hekayələri və publisistik yazıları ilə çıxış edib.

Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərib.

"Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarıyla əməkdaşlıq edib.

Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazıb.

1993-1998-cı illərdə Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, daha sonra Azərbaycanın Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərib.

Ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılıb.

Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib.

"Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunub.

Oğlu AYXAN da yazıçıdır.

Kitabları

"Ölü yay", (hekayələr) 1992;
"Yatan dinozavrlar", (hekayələr) 1993;
"Odunçu geri qayıdır" (roman) 2010

Həmçinin oxu
Eyvaz Əlləzoğlu: "Səhv addım atmışam Azərbaycana gəlməkdə..."
Eyvaz Əlləzoğlu "Doğum" (Hekayə)
Eyvaz Əlləzoğlu "Siçanın ölümü" (Hekayə)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG