Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:59

Qanunsuz ovla məşğul olan 2 nəfər saxlanılıb


Ağgöl Milli Parkı ərazisində və Cəlilabadda, Zəvvar Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ovla məşğul olan 2 nəfər saxlanılıb, onlardan bir ədəd ov tüfəngi götürülüb.

İsmayıllı rayonunda isə Diyalı kəndindəki göllərdə qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılmıb. Onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi götürülərək aktlaşdırılıb. Hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular dağıdılaraq məhv edilib, torlar isə yandırılıb.

Kürdəmirdə isə dəmiryol stansiyasının yaxınlığındakı kafedə ov quşlarının satışı aşkar olunub. Götürülmüş 2 ədəd ördək və 3 ədəd qaşqaldaq yandırılıb.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.
XS
SM
MD
LG