Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:45

Britaniya Gaddafini diplomat toxunulmazlığından məhrum edib


Böyük Britaniya Gaddafi və onun ailəsini diplomat toxunulmazlığından məhrum edib.

BMT-nin təhlükəsizlik şurası bundan əvvəl Liviyaya qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qətnamə qəbul edib.

Bu sanksiyalarda Gaddafi və onun ətrafının bank hesablarının dondurulması, onların xarici ölkələrə səfər etmələrinin qadağan olunması və Liviyaya silah göndərilməsinə embarqo qoyulması nəzərdə tutulur.

Qətnamə həmçinin Beynəlxalq Cinayət Məhkəməsini Liviyada dinc sakinlərin qətlə yetirilməsi və zorakılıqları araşdırmağa, cavabdehləri məsuliyyətə cəlb etməyə çağırır.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq (William Hague) Gaddafini istefa verməyə çağırıb və bunun Liviya üçün ən yaxşı çıxış yolu olduğunu bildirib.

Həmçinin ABŞ prezidenti Barak Obama bundan əvvəl Gaddafini İstefa verməyə çağırıb.
XS
SM
MD
LG