Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

Tunisdə baş verən toqquşmada azı 3 adam ölüb


Şənbə günü Tunisin paytaxtında təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 3 adam ölüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verir.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, xəbərdarlıq atəşi açıb.

100-dən çox aksiyaçının saxlandığı xəbər verilir.

Müvəqqəti hökumətə qarşı çıxan aksiyaçılar baş nazirin istefasını tələb ediblər.

Ötən ay ölkədə çeviriliş baş verdiyinə görə, keçmiş prezident Zine əl Abidin Ben Ali ölkədən qaçmalı oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG