Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:51
Çinin baş naziri Ven Tsyabo (Wen Jiabao) qiymətlərin qalxmasının ölkədə sosial sabitliyə təhlükə olduğunu deyib.

O İnternet vasitəsilə verilmiş suallara cavabında xüsusilə ərzaq məhsullarının qəflətən bahalaşmasının əsas problemlərdən biri olduğunu qeyd edib.

Baş nazir infilyasiyanın qarşısının alınacağını, səhiyyə sisteminin inkişaf etdiriləcəyini və həddən artıq sosial təbəqəlşməyə yol verilməyəcəyini vəd edib.

İqtisadi artımın il ərzində 10 faizdən 7 faizə düşəcəyi praqnozlaşdırılır.

Baş nazirin çıxışı hökumət əleyhinə mümkün nümayişlər ərəfəsində yayılıb.

Sosial internet şəbəkələrində bazar günü ölkənin müxtəlif şəhərlərində əhalini mitinqlərə səsləyən çağırışlar peyda olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG