Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Cəlilabadda sel evləri və əkin sahələrini basıb


Azərbaycanın Cəlilabad rayonunda sel 10 hektarlarla əkin sahəsi və fərdi yaşayış evlərini basıb.

Buna səbəb bir həftədir ki, davam edən intensiv yağışlar olub.

APA-nın məlumatına görə, şəhərin şimal hissəsində yeni salınmış yaşayış massivində vəziyyət daha pisdir.

Dağ çaylarında suyun səviyyəsinin qalxması nəticəsində ətrafda tikilmiş yeni evlər, ticarət obyektləri , yollar və əkin sahələrini su basıb.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, hazırda lazımi tədbirlər görülür.
XS
SM
MD
LG