Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

Liviyaya qarşı kəskin sanksiyalar tətbiq edilir


Rusiya Liviyaya qarşı sanksiyalar tətbiq edilməsilə bağlı BMT-nin təhlükəsizlik şurasının qətnaməsini dəstəkləyib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Liviya hakimiyyətini insan haqları və beynəlxalq hümanitar hüquqlara hörmətlə yanaşmağa çağırıb.

Həmçinin Rusiyanın BMT-ki elçisi Vitaly Churkin sanksiyaları alqışlayıb və bunun Liviyada vətəndaş müharibəsindən qaçmaqda vacib addım olduğunu bildirib.

Yektilliklə qəbul edilmiş qətnamədə Liviya lideri və onun ətrafının bank hesablarının dondurulması, onların xarici ölkələrə səfərə çıxmasının qadağan edilməsi, liviyaya silah göndərilməsinə embarqo qoyulması və ölkədəki hümanitar vəziyyət barədə Beynəlxalq Cinayyət Məhkəməsinə məlumat verilməsi nəzərdə tutulur.

ABŞ prezsidenti Barack Obama bundan əvvəl Muammar Gaddafini istefa verməyə çağırıb.
XS
SM
MD
LG