Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Steinberg hüquq müdafiəçilərindən nəyi soruşub?


Kyrgyzstan -- US Deputy Secretary of State James Steinberg speaks during a press conference in Bishkek on July 18, 2010
Kyrgyzstan -- US Deputy Secretary of State James Steinberg speaks during a press conference in Bishkek on July 18, 2010
Leyla Yunus
Bu həftə ABŞ Dövlət katibinin birinci müavini James Steinberg Azərbaycanda səfərdə oldu. O, həm prezident İlham Əliyev, həm də vətəndaş cəmiyyətinin üzviləri ilə görüşdü. Bu həftə «Panorama»nın qonaqları James Steinberglə görüşdə iştirak etmiş hüquq müdafiəçiləri Leyla Yunus və Əvəz Həsənovdur.

Leyla Yunus:

«BU, KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN İMİTASİYASIDIR»

«Görüşdə cənab Steinberg bizdən soruşdu ki, siz prezidentin başladığı korrupsiyaya qarşı kampaniyanın nəticə verəcəyinə inanırsınızmı? Mən dedim ki, yox. Mənim fikrimcə, necə ki, bu illər ərzində demokratiyanın imitasiyası yaradılıb, eləcə də bu korrupsiyaya qarşı mübarizənin imitasiyasıdır. Prezident xalqa müraciət etdi ki, rüşvət və başqa hallarla üzləşdiyiniz təqdirdə bizə məlumat verin. Sülh və Demokratiya İnstitutu nə qədər belə müraciətlər edib, bir cavab yoxdur. Hansı ki, belə şikayətlər var ki, neft şirkəti xüsusi bir şəxsin hesabına pul köçürüb. Həmin şəxsin əlilə insanlar zor gücünə öz evlərindən çıxarılırlar...».

Əvəz Həsənov:

«QARABAĞ DANIŞIQLARINDA VƏTƏNDAŞ CƏMİYYƏTİ FƏAL OLMALIDIR»

«Mən görüşdə əsasən Qarabağ münaqişəsindən bəhs etdim. Bilirsiniz ki, Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi dalana dirənib. Mənin çıxışım bu vəziyyətdə vətəndaş cəmiyyətinin rolunu artırmağın vacibliyinə yönəlmişdi. Siyasi partiyalar, vətəndaş cəmiyyətinin digər strukturları, bütünlükdə xalq fəal olmasa, hakimiyyətlər də bu münaqişənin həllinə tələsməyəcəklər. Yəni qeyd elədim ki, danışıqlarda vətəndaş cəmiyyətinin
Əvəz Həsənov
fəallığı olmalıdır...».

- Necə etmək olar ki, korrupsiyaya qarşı mübarizə effekt versin?

Leyla Yunus:

«MÜSTƏQİL MƏHKƏMƏLƏR OLMALIDIR...»

«Elə bu sualı bizə cənab Steinberg də verdi. Mən dedim ki, nə qədər ki, Azərbaycanda məhkəmələr yoxdur, bu, baş verməyəcək. İlk növbədə müstəqil məhkəmələr olmalıdır. Vəkillər Kollegiyasının 600 üzvü var. Onlardan yalnız 4-5 siyasi işlərdə qətiyyətlə söz deyə bilir. Onlardan biri də Osman Kazımov idi. Onu üzvlükdən çıxartdılar. Mən bunu qonaqlara da dedim...».

Əvəz Həsənov:

«İlk növbədə bu kampaniya müvəqqəti xarakter daşımamalıdır. Yoxsa prezident sərəncamları ilə vəziyyət dəyişən deyil. Ancaq əminəm ki, artıq bu qərar verilib. Bu qərardan geri çəkilmək mümkün deyil...».

XS
SM
MD
LG