Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:47

Piter Semnebi: «Korrupsiya ilə mübarizə əhəmiyyətlidir»


Piter Semnebi
Piter Semnebi
«Korrupsiya ilə mübarizə proqramının işə düşməsi əhəmiyyətlidir. Azərbaycana səfərim zamanı bu məsələ də müzakirə olunub. İslahatlar mərhələsində olan ölkədə korrupsiyanı məhdudlaşdırmaq üçün bu kimi məsələləri gündəlikdə saxlamaq çox vacibdir».

Bunu fevralın 26-da Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

P. Semnebinin xüsusi nümayəndə kimi mandatı fevralın 28-də başa çatır. O, 2006-cı ildən bu postda idi.

Semnebi son 5 ili qiymətləndirərkən bildirib ki, bu dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox kiçik irəliləyiş olub:

QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI İRƏLİLƏYİŞ AZ OLUB


«Bəzi pozitiv məqamlar olub. Məsələn, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən dərhal sonra danışıqlar fəallaşıb. Bu, tərəflərə həll olunmamış münaqişələrin təhlükəsini xatırladıb. Ancaq bu kimi irəliləyişlərin sayı cüzidir. Bu isə təhlükəlidir. Çünki münaqişə vakuumda olmur, dəyişikliklər baş verə bilər. Bu kimi dəyişikliklər münaqişəyə təsir edə, qeyri-sabitlik yarada bilər».

AB rəsmisi qeyd edib ki, hazırda tərəflər sürətlə silahlanır və hər hansı insident yaşanarsa, bu, təhlükəli ola bilər:

«Bu sahədə səylərin artırılmasına ehtiyac var».

P. Semnebinin xüsusi nümayəndə kimi mandatı başa çatsa da, AB Cənubi Qafqazda iştirakını azaltmayacaq
P. Semnebi Azərbaycanda siyasi və iqtisadi islahatlara da toxunub. O bildirib ki, Azərbaycanla Avropa Birliyi arasında assosiasiya sazişi üzrə danışıqlar islahatlar üçün impuls verəcək.

EYNULLA FƏTULLAYEVİN MƏSƏLƏSİ GÜNDƏLİYİMİZDƏDİR

P. Semnebi deyib ki, Azərbaycan rəhbərliyi ilə məhbus jurnalist Eynulla Fətullayev barədə də danışıb:

«Mətbuat azadlığı sahəsində bəzi narahatlıqlar var ki, Avropa Birliyi bu istiqamətdə işini davam etdirəcək. Qanunun aliliyi, yaxşı idarəçilik, insan haqları Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində qalmaqdadır. Bu sahədə islahatların aparılmasına və əlaqələrin inkişaf etməsinə səy göstəririk. Eynulla Fətullayevin məhkəmə işi də gündəliyimizdə duran məsələlərdəndir. Bu səfərim zamanı mən bu məsələsi yerli hakimiyyət qurumları ilə müzakirə etmişəm».

AB-nin Azərbaycandakı ofisinin rəhbəri Rolan Kobia isə bildirib ki, P. Semnebinin xüsusi nümayəndə kimi mandatı başa çatsa da, AB Cənubi Qafqazda iştirakını azaltmayacaq:

«Ola bilsin, sistemdə dəyişiklik aparılsın, insanlar dəyişsin, institusional quruculuq dəyişsin, ancaq bilməlisiniz ki, bizim dəyərlər və birgə maraqlarımız hər zaman qalacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG