Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:56

Arzularında ehtiyatlı ol!


Mərakeşdə etiraz aksiyası, 20 fevral 2011
Mərakeşdə etiraz aksiyası, 20 fevral 2011
Charles Kupchan | «The New York Times»

Liviyada hadisələr gərginləşdiyi bir vaxtda Qərb dövlətləri bir növ ağzı qıfıllı qalmaqda davam edir. Bir tərəfdən, onlar Yaxın Şərqi bürüyən bu iğtişaşları Fransa inqilabı, yaxud «Berlin divarı»nın çökməsi ilə müqayisə edirlər. Digər tərəfdən də, bunların Qərbin strateji və iqtisadi maraqlarına təhlükə olduğunu dərk edirlər. Bu ziddiyyət də başa düşüləndir. Çünki bu inqilablar təkcə qan axıtmır. Həm də Qərbin enerji və strateji əməkdaşlıq üçün arxalandıqları rejimlər çökür.

İki məsələdə - dinlə siyasətin bir-birilə əlaqəsi və millətçilik ilə sosial həmrəylik arasındakı əlaqə məsələlərində Yaxın Şərq Qərbin getdiyi yoldan fərqli trayektoriya cızır. Demokratiya Yaxın Şərq ölkələrində kök atsa, bu ölkələrdə avtoritar rejimləri əvəz edən yeni hökumətlər daha çətin partnyorlar ola bilər.

LİVİYADAN HƏVƏSKAR VİDEOLARI

Qərbdə müasirlik kilsənin dövlətdən ayrı olmasını nəzərdə tutur. Burada xristianlıq inancdır, qanun deyil. Orta əsrlərdə xristian dininin Avropa siyasətinə təsiri dünyəvi hökmdarlarla katolik kilsəsi arasında uzun illər davam edən müttəfiqliyin nəticəsi idi. Protestant islahatlarından sonra Qərbdə siyasət dünyəvi xarakter aldı. Demokratiyanın gəlişi ilə bu, daha da gücləndi.

MÜSƏLMAN ÖLKƏLƏRİNDƏ İSƏ ƏKSİNƏ, İSLAM HƏM DİNDİR, HƏM İNANCDIR, HƏ DƏ QANUN. Burada dünyəviliklə dindarlıq arasında ayrı xətt yoxdur. İslam dini yaranandan az sonra dövlətlə məscid bir-birindən ayrılmaz şəkildə bağlı olublar. Əlbəttə, Yaxın Şərqdə dünyəvi rejimlər də mövcuddur.
Bəhreyndə etirazlar, 21 fevral 2011
Lakin onlar dünyəviliyi güc hesabına saxlayırlar, xoşluqla yox.

O ölkələrdə ki, seçkili hökumət yaranıb, həmin ölkədə islamın siyasətə təsiri artıb. Məsələn, 1979-cu ildə İran inqilabı teokratiyanı ərsəyə gətirib. 1991-ci ildə Əlcəzairdəki seçkilərdə islamçılar qalib gəldi. Doğrudur, sonra ordu onların hakimiyyətə gəlməsinə imkan vermədi. İraqın özündə də seçkilər islamçı meylliyi olan koalisiyanı hakimiyyətə gətirdi. Livanla Fələstindəki seçkilərdə də «Hizbullah» və «Həmas» öz mövqelərini gücləndirdilər. Nəhayət, Türkiyədə orta sinfin güclənməsi sonda islam dinindən ilham alan Ədalət və İnkişaf Partiyasını hakimiyyətə gətirdi. Bununla da Türkiyədə on illər boyu davam edən dünyəvi elitanın hökmranlığına son qoydu. Misirin özündə son rəy sorğusu göstərib ki, əhalinin 95 faizi inanır ki, islam dini siyasətdə böyük rol oynamalıdır.

Lakin bütün bunlardan belə nəticə çıxartmaq olmaz ki, Qərb Yaxın Şərqdə baş verən siyasi dəyişikliklərə müqavimət göstərməlidir. Sadəcə, Qərb bu inqilablara yanaşanda, gözlərini daha iri açmalıdır. Azadlığın yayılması haqqında ehtiraslı bəyanatlar verməkdənsə, daha yaxşı olar ki, Qərb liderləri yeni Yaxın Şərqə dair planlar hazırlasınlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG