Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

Tələbə terror təbliğatına görə azadlıqdan məhrum edildi


Fevralın 25-də London məhkəməsi islamçı terrorçuluğu təbliğ etmək ittihamı ilə hüquq fakültəsinin bir tələbəsinin beş il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

23 yaşlı Mohammed Gul terrora çağıran nəçrləri yaymaqda, internetdə bu məzmunda 30-a yaxın video yerləşdirməkdə və Al-Qaeda və Talibanın internet səhifələrindən musiqilər götürüb yaymaqda suçlu bilinib.

Tələbə isə deyib ki, o, yalnız öz marağını və siyasi baxışlarını ifadə edib, terroru müdafiə etmək niyyətində olmayıb.

Amma hakim bu qərara gəlib ki, “Gul tamamilə radikallaşdırılıb və onun cəzası başqalarına da dərs olmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG