Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:44

Rusiya Daxili İşlər Nazirliyində 7 general işdən çıxarıldı


Rusiya preizdenti Dmitriy Medvedevin sərəncamıyla Daxili İşlər orqanlarındakı yüksək vəzifə tutan 7 general-mayor və bir polkovnik işdən azad olunub.

Azad olunanlar Daxili İşlər Nazirlinin Moskva idarəsinin rəsi müavini, Nazirliyin baş müstəntiqi, və Tarastan, Çelyabinsk, Stavropol, Udmirtiya, Neneç, Ural regionlarının nazir müavinləridir.

Prezidentin mətbuat xidməti yüksək rütbəli zabitlərin nəyə görə işdən çıxarıldığını dəqiqləşdirmir.


Dövlət Dumasının Konsitusiya qanunvericiliyi və dövlətçilik komissiyasının sədr müavini Viktor İlyuxin deyir ki, əslində çıxarılanların vəzifədə qalanlardan heç bir fərqi yoxdur.

“Onlar başqa rəis müavinlərdən heç nəylə fərqlənmirlər. Heç hansısa qalmaqalalalra da adları qarşımayıb. Çox güman ki, prezidetn deyib ki, Daxili İşlər orqanlarında təzmilik aparamq lazımdır, yeni qanun qəbul edirik və Nazirlikdə yenidənqurmaya ehtiyac var, və kimisə çıxartmaq lazım gəlib çıxardıblar”.

Rusiyadakı müstəqil ekspertlər isə ümumiyyətl əprezidetnin son təmizləmə əməliyyatının vəd oluna islahatın bir parçası olmasıyla inanmırlar. Agentura.ru saytının redaktor müavini İrina Baroganın fikrincə, əgər Daxili İşlər Naziri Rəşid Nurqaliyevi çıxartsaydılar hansısa islahatdan danışmaq olardı. Nə qədər ki, naziri dəyişmirlər, buna islahat demək olmaz.

“Hamının çoxdan gözlədiyi Daxili İşlər Naziri Rəşid Nurqaliyevi işdən çıxarmayıblar. əvəzinə heç kimin tanımadığı rəis müavinlərini, regional nazirlərin müavinlərini çıxarıblar. Və elə təsəvvür yaranır ki, onları yaşları 60-a çatdığı üçün istefaya göndəriblər”.

Günü sonuna yaxin Rusiya Daxili İşlər nazirliyi ndən İnterfaxa deyiblər ki, çıxarılan zabitlərdən bəziləri, məsələn Moskva şəhər idarəsinin sədr müavini özləri əvvəlcədən istefayla bağlı ərizə yazıblarmış.

Tatarstan Daxili İşlər Nazirinin müavini General mayor Yevgeniy Dovletshin dövlət idarəetmə orqanlarında başqa bir işə keçirilir. Generallardan ikisi yaşı matdığı üçün pensiyaya göndərilir. Biri isə özəl Şİrkətlər Qrupu “Renova”ya rəhbər vəzifəyə gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG