Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:56

Qaqarinin kosmik kapsulunun “surəti” satılır


Sovet kosmik tədqiqatlarında istifadə edilmiş ilk kapsul New Yorkda satışa çıxarılıb. Rəsmilər Vostok 3KA-2 kapsulunun satışı barədə auksionun aprelin 12-də - Qaqarinin kosmosa uçuşunun 50-ci ildönümü günü keçiriləcəyini bildirirlər.

Kapsulun 2 milyondan 10 milyon dollara qədər pula satıla biləcəyi guman olunur.
Kapsulun indiki sahibi hələlik adının açıqlanmasını istəmir. O, bildirib ki, kapsulu bir neçə il əvvəl Rusiyadan alıb.

Bu kapsulda sovet alimləri ilk də fəzaya maket buraxıblar. Sonra onun içərisində Zvezdoçka adlı it kosmosa uçub.

Yuru Qaqarin isə həmin kapsulun tam eynisi yaradılaraq onun içərisində kosmosa uçub. İndi satışa çıxarılan da Qaqarinin yox, Zvezdoçkanın uçduğu kapsuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG