Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Səudiyyə Ərəbistanı neft hasilatını artırır


Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 700 000 barrel artırıb. Fevralın 25-də rəsmilər bildiriblər ki, artıq gündə 9 milyon barrel neft hasil edirlər.

Səudiyyənin neft sənayesi rəsmiləri Reuters agentliyinə deyiblər ki, ölkəni bürüyən etiraz aksiyalarına görə artıq Liviyada bazara neft çıxarılmır.

Liviyanın neft yataqlarının çoxu hazırda Qaddafinin istefasını tələb edən mitinqçilərin nəzarət etdikləri şərq ərazilərində yerləşir.

Səudiyyə Ərəbistanı bildirir ki, dünya bazarının neft təchizatında hər hansı problem yaransa, hasilatı daha artıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG