Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:26

Yəmən, Tunis, Bəhreyn və İordaniyada mitinqlər gedir


Fevralın 25-də Tunis, Yəmən, Bəhreyn və İordaniyada on minlərlə adam siyasi islahatlar tələbilə küçələrə çıxaraq etiraz askiyaları keçirirlər.

Yəməndə paytaxt Sanaada və ölkənin cənubunda Ədən şəhərində on minlərlə adam prezident Ali Abdulla Salehin istefasını tələb edir.

On illərlə ölkəyə rəhbərlik etmiş Salehin istefasını tələb edən mitinqlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində bu ayın əvvəlindən 15 nəfər həlak olub, onlarla adam da yaralanıb.

Tunisdə isə etirazçıları Baş nazir Mohamed Ghannoichinin rəhbərlik etdiyi keçid hökumətinin istefa verməsini tələb edirlər. Bu, keçən ay prezident Ben Alinin ölkədən qovulmasından bu yana ən böyük mitinq sayılır.

Bəhreyn paytaxtı Manamada rejim əleyhinə etiraz aksiyaları artıq 12-ci gündür davam edir.

İordaniya paytaxtına toplaşan mitinqçilər isə vətəndaşalara ölkənin siyasi həyatında daha çox iştirak etmək hüqununun verilməsini və keçən həftə etiraz aksiyalarında doqquz nəfərin yaralanması ilə nəticələnmiş zorakılığın araşdırılmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG