Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Yeni Zelandiya rəsmiləri dağıntılar altında sağ adam qaldığına ümid etmirlər


Yeni Zelandiya rəsmiləri bildiriblər ki, Christchurch şəhərində baş vermiş zəlzələdən dağılmış binaların altında daha sağ adam qalacağına ümidlərini itiriblər. Fevralın 22-də bu şəhərdə baş vermiş 6.3 bal gücündə zəlzələdən həlak olanların sayı 113 nəfərə çatıb.

Mülki Müdafiə Naziri bildirib ki, xilasedicilər hələ də dağıntılar atlında kimnsə sağ qala biləcəyini istisna etmirlər, amma zaman keçdikcə buna ümidlər azalır.

Xilasedicilər sonuncu dəfə sağ adamı iki gün əvvəl çıxarıblar. Rəsmilər hələ 200 nəfərin itkin kimi tanındığını bildirirlər. İtkin düşənlərin çoxu Yaponiya, Çin və başqa Asiya ölkələrindən olan tələbələrdir. Onlar Christchurch şəhərində ingilisdilli məktəblərdə təhsil alırdılar.
XS
SM
MD
LG