Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Gürcüstanda “Sovet İşğalı Günü” qeyd edilir


Fevralın 25-də Gürcüstanda 1921-ci ildə Qırmızı Ordunun müstəqil gürcü dövlətini zəbt etməsinin ildönümü - “Sovet İşğalı Günü” qeyd olunur.

90 il əvvəl Sovet ordusu Tbilisidə hökuməti dağıdaraq yerində kommunist rejimi qurub. Gürcüstan bir də 1991-ci ildə müstəqilliyini bərpa edə bilib.

“Sovet İşğalı Günü” Gürcüstanda müxtəlif anım mərasimləri ilə yad edilir. Orta məktəblərdə 1921-ci ildə Qırmızı Ordunun Gürcüstana girməsi ilə 2008-ci ildə Rusiya ordusunun separatçı Cənubi Osetiya və Abxaziyaya nəzarəti ələ alması arasında oxşar cəhətlərdən bəhs edən inşa müsabiqələr keçirirlir.

Həmin 11-ci ordu 1920-ci il aprelin 28-də Bakıda da Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətini devirib yerində kommunist hökuməti qurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG