Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:15

İraqdakı “Qəzəb günü”ndə ölən və yaralanlar var


İraqlın paytaxtı Bağdadda və digər şəhərlərdə hökumət əleyhinə “Qəzəb günü” adı altında minlərlə adam etiraz aksiyası keçirir.

Havic, Kərkük və Mosul şəhərlərində polislərlə aksiyaçılar arasında toqquşmalar olub. Ölən və yaralanların olduğu bildirilir.

Aksiyaçılar korrupsiya və işsizlik əleyhinə çıxışlar edir, kommunal xidmətlərin yaxşılaşdırılmasını tələb edirlər.

Paytaxt Bağdada təhlükəsizlik tədbirləri gücləndirilib. Baş meydana hərbçilər gətirilib.

Bundan əvvəl İraqın baş naziri Nuri al-Maliki televiziya ilə müraciətində bildirmişdi ki, nümayişlərdən “azadlıq və demokratiyanın düşmənləri” öz məqsədləri üçün istifadə etmək istəyir. O keçmiş diktator Saddam Hoseinin tərəfdarlarını və Əl-Qaidə terrorçularını nəzərdə tutub.
XS
SM
MD
LG