Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15
Dünya bazarlarında neftin qiymətinin artması fonunda Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsinə yenidən baxa bilər.

Bunu Maliyyə naziri Samir Şərifov bildirib.

Nazir deyib ki, builki büdcənin icrasında heç bir problem müşahidə olunmur:

«Lakin neftin qiymətinin bahalaşması fonunda dövlət büdcəsinə yenidən baxılacağını istisna etmirik. Əvvəlki illərdə olduğu kimi, makroiqtisadi şərait buna imkan verərsə, məsələyə baxıla bilər».

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon, xərcləri isə 12 milyard 748 milyon manat səviyyəsində təsdiq olunub.

AZƏRBAYCANIN QIZIL EHTİYATI 250 KQ-A ÇATIB

Azərbaycanın hazırda 250 kq həcmində qızıl ehtiyatları mövcuddur.

Bunu da Samir Şərifov bildirib.

O deyir ki, ölkənin qızıl ehtiyatı daim artırılır. Belə ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır:

«Bildiyiniz kimi, «Anglo-Asian Mining» şirkəti ilə Azərbaycan hökuməti arasında qızılın hasilatının pay bölgüsü üzrə saziş mövcuddur. Sazişə uyğun olaraq, əldə olunan qızılın müəyyən həcmi xərclər çıxıldıqdan sonra Azərbaycan dövlətinin payına düşür. Buradan qızıl saflaşdırmaq üçün İsveçrəyə göndərilir. Ondan sonra külçələr şəklində Azərbaycana gətirilərək Mərkəzi Bankda saxlanılır».

Nazir onu da bildirib ki, İsveçrədə Azərbaycan qızılı yığılır və hər dəfə 100 kq az olmayan hissələrlə ölkəyə gətirilir.

Qeyd edək ki, qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 416 ABŞ dollarına bərabərdir. /APA/

Şərhləri göstər

XS
SM
MD
LG