Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Bağdadda komendant saatı tətbiq edilib


İraqlın paytaxtı Bağdadda hökumət əleyhinə keçirilən etiraz aksiyası ilə bağlı komendant saatı tətbiq olunub. Baş nazir Nuri al-Malikinin çağırışına baxmayaraq yüzlərlə adam baş meydana yığışıb. Onlar korrupsiya və işsizlik əleyhinə çıxışlar edir, kommunal xidmətlərin yaxşılaşdırılmasını tələb edirlər.

Maliki televiziya ilə müraciətində bildirmişdi ki, nümayişlərdən “azadlıq və demokratiyanın düşmənləri” öz məqsədləri üçün istifadə etmək istəyir. O keçmiş diktator Saddam Hoseinin tərəfdarlarını və Əl-Qaidə terrorçularını nəzərdə tutub.

Bundan əvvəl internet saytlarında cümə günü İraqda “Qəzəb günü” adı altında hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilməsinə çağırışlar səslənmişdi.
XS
SM
MD
LG