Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:11

İraqda kütləvi nümayiş keçiriləcək


İraqın baş naziri Nuri al-Maliki əhalini hökumət əleyhinə bu günə planlaşdırılmış nümayişlərdə iştirak etməməyə çağırıb.

O televiziya ilə müraciətində bildirib ki, nümayişlərdən “azadlıq və demokratiyanın düşmənləri” öz məqsədləri üçün istifadə etmək istəyir. O keçmiş diktator Saddam Hoseinin tərəfdarlarını və Əl-Qaidə terrorçularını nəzərdə tutub.

Bundan əvvəl internet saytlarında cümə günü İraqda “Qəzəb günü” adı altında hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilməsinə çağırışlar səslənmişdi.
XS
SM
MD
LG