Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

«Sabirabadlılar təbii fəlakət sınağından uğurla çıxdılar»


Mətbuat icmalı

Mətbuat icmalı

«Azərbaycandakı varidatım bir milyard dəyərindədir, onda kimlərinsə gözü var».

Bunu A.M.A.Y prezidenti «Bizim Yol» qəzetinə müsahibəsində deyib.

Bir müddət əvvəl Abdulla Abdullayevə yaxın bir neçə nəfər həbs edilib, ona məxsus «Birlikbank»ın fəaliyyəti Mərkəzi Bankın qərarı ilə dayandırılıb.

«Mən varımı heç kimə vermərəm. Mən bu vəziyyətə elə-belə gəlməmişəm. Mən dövlətçiliyi müdafiə eləyən, dövlətimə sədaqət göstərən adam olmuşam. İndi kimlərsə məni hədəfə alıblar. Amma bilsinlər ki, bunlar əbəsdir. Mən var-dövlətimi heç kəsə yedizdirən adam deyiləm», deyə Abdullayev əlavə edib.

«Azərbaycan» qəzeti Sabirabad rayonu haqqında məqalə dərc edib. «SABİRABADLILAR TƏBİİ FƏLAKƏT SINAĞINDAN UĞURLA ÇIXDILAR» başlıqlı məqalədə bunun səbəbi alt-başlıqda verilib: «Çünki onlar dövlət qayğısından güc almışdılar».

«Prezident İlham Əliyevin keçən il noyabrın 1-də Sabirabada dördüncü tarixi səfərini bölgədə dərin minnətdarlıq hissi ilə xatırlayırlar», - deyə müəllif Kür çayının daşması nəticəsində vurulan ziyanın fəsadlarının aradan qaldırılmasından danışır.

«Yeni Azərbaycan» qəzeti yazır ki, «NEFT GƏLİRLƏRİ İNSAN KAPİTALINA ÇEVRİLİR».

«Hər il qaçqın və məcburi köçkünlərin sosial həyatının, mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına 200 milyon manatdan çox pul sərf edilir ki, bu da neft vəsaitləri hesabına mümkün olur. Bunun nəticəsidir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bütün çadır şəhərcikləri ləğv olunub. Neft gəlirləri həm də qaçqınların ərzaq xərcləri üçün sərf edilir. Regionlarda inşa edilən səhiyyə müəssisələri və diaqnostika mərkəzləri də neftdən daxil olan maliyyə mənbələri hesabına reallaşır.

Dövlət Neft Fondundan il ərzində yüz milyonlarla manat vəsaitin infrastruktur və investisiya bölmələrinə ayrılması respublikamızın bütün bölgələrinin simasının dəyişməsinə səbəb olub».

«Yeni Müsavat» qəzeti:

«Fevralın 20-də Murovdakı hərbi hissələrin birində 7 əsgər öldürüldü. Ardınca isə 7 əsgəri qətlə yetirilmiş hərbi hissənin tabe olduğu korpusun komandiri, general-mayor Çingiz Şəfiyev dövlət başçısının sərəncamı ilə işdən çıxarıldı. Bu xəbərlərin heç biri, xüsusən də dövlət başçısının sərəncamı ilə bağlı xəbər rəsmi dövlət qəzeti olan «Azərbaycan» qəzetində yer almadı».

«Yeni Müsavat» qəzeti «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla müsahibə aparıb:

«Bir azərbaycanlı, bir valideyn kimi sıxıntı keçirirəm. Cənab prezident bu məsələyə Ali Baş Komandan kimi müdaxilə edib, hazırda istintaq gedir. Bütün xüsusatlar araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək. Ola bilər ki, o zaman cənab prezidentin hansısa sərəncamı, yanaşması, qiyməti olacaq. O halda istintaqın sonu olduğuna görə biz də o xəbəri verəcəyik...».

Günün bütün mövzuları

XS
SM
MD
LG