Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:49

G.Vashadze: “Azərbaycanla sərhədin dəqiqşləməsinə sadəcə zaman lazımdır”


Grigol Vashadze AzadliqRadiosu-nun Praqadakı baş ofisində, 24 fevral 2011
Grigol Vashadze AzadliqRadiosu-nun Praqadakı baş ofisində, 24 fevral 2011


Fevralın 24-də Çex Respublikasında səfərdə olan Gürcüstanın Xarici İşlər naziri Grigol Vashadze AzadliqRadiosu-nun Praqadakı Baş ofisinə də baş çəkib.

Radionun gürcü və rus xidmətinin əməkdaşlarına müsahibə verən nazir Azərbaycan xidmətinin də suallarını cavablandırıb. Həmin cavabları təqdim edirik:





- Rusiya Gürcüstanın əsas düşməni hesab edilərkən Rusiyanın Qafqazdakı əsas dostu sayılan Ermənistanla Gürcüstanın münasibətləri necə qurulacaq?

- - Mən Rusiyanın kimləsə dostluğunu şərh etməzdim. Amma Ermənistanla ikitərəfli əlaqələrimizi şərh edə bilərəm.

Tam məsuliyyətlə deyə bilərəm ki, hazırda Gürcüstanla Ermənistan arasında münasibətlər onların müstəqilliklərini bərpa etmələrindən bu yana keçən dövrdə heç vaxt indiki qədər yaxşı olmayıb. Müntəzəm olaraq bizim aramızda müxtəlif səviyyələrdə görüşlər keçirilir. Bura təkcə formal görüşlər daxil deyil. Bu görüşlərdə biz infrastruktur, nəqliyyat, energetika, elm, mədəniyyət və başqa sahələrdə əməkdaşlıq yollarını müzakirə edirik.

Elə bir həftə əvvəl bizim Baş nazirimiz Ermənistanda səfərdə idi. Orada hər iki Baş nazir tərəfləri maraqlandıran məsələləri müzakirə ediblər.

Əgər bizim ölkələrimiz arasında münasibətlərin səviyyəsini xarakterizə edəsi olsaq, mən bunu faktiki olaraq strateji əməkdaşlıq adlandırardım.

Amma bizim üçüncü ölkələrlə münasibələrimiz suveren hüquqlarımızdır. Ermənistanla Gürcüstan hərə özünə lazım olan tərəflə dostluq edə bilər. Əsas odur ki, bu münasibətlər bizim ikitərəfli əlaqələrimizə mane olmasın. Allaha şükür, heç maneçiliyi də yoxdur.

G.Vashadze (sağda) Bakıda h\mkarı E.Məmmədyarovla görüşdə, 22 dekabr 2008

-
- Eyni zamanda Gürcüstanın Azərbaycanla da yaxın əlaqələri var. Əlbəttə, Azərbaycan enerji sahəsində yaxşı tərəfdaşdır...


- - Həm də təkcə bu sahədə yox...

- - Bəli, təkcə bu sahədə yox, amma əsasən... Buna baxmayaraq, nədənsə, bu iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi hələ tam həll edilməyib. Sizcə, bunun səbəbi nədir və problemin həllini necə görürsünüz?

- - Bilirsiniz, bu, olduqca həssas sahədir. Birincisi, gəlin, bizim ümumi tariximizi yada salalq: 1920-ci ildə adına “11-ci ordu” deyilən banda dalbadal Azərbaycanı, Ermənistanı və Gürcüstanı işğal etdi. Sonra da onların arasına özü bildiyi kimi sərhəd çəkdi.

Elə yerlərdən sərhəd çəkdilər ki, orada heç vaxt belə sərhəd olmamışdı. Hardasa bir çayı sərhəd kimi qəbul ediblər, onun bir tərəfində məsələn, camaat yaşayır, o biri sahilində kilsə yerləşir.

Bu, artıq keçmişdir, amma bizim belə bir mirasımız var. Indi isə sakitcə əyləşib sərhədlərin delimitasiyası ilə bağlı bütün məslələri həl etməliyik. Belə də edirik. Bunlar balaca məsələ kimi görünə bilər. Amma söhbət yüz kilometrlərlə uzanan sərhəddən gedəndə məsələ bir qədər mürəkkəbləşir.

Ona görə mütəxəssislər əyləşib hər bir sualı ayrıca nəzərdən keçirirlər

- - Yəni, bu problemin həllinə sadəcə olaraq, zaman lazımdır...

- - Tamamilə doğrudur! Bilmirəm, niyə bu sualı bizə tez-tez verirlər. Bəli, Azərbaycanla Gürcüstan, eləcə də Ermənistala Gürcüstan sərhədlərin demarkasiyası üçün işləyir. Həm də heç bir qarşılıqlı ididalar, isterika olmadan! Bu, adicə, hüquqi bir işdir.

Nə zaman bu iş başa çatacaq, demarkasiya da bitəcək. Əsas odur ki, nəticələr bütün tərəfləri qane etsin. Buna da müzakirələr və zaman lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG