Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

BDU-da bəzi dekan və kafedra müdirləri işdən çıxarıldı


Fevralın 24-də rektor Abel Məhərrəmovun sədrliyi ilə Bakı Dövlət Universitetinin geniş iclası keçirilib.

İclasda çıxış edən BDU-nun rektoru universitetdə növbəti islahatlara start verildiyini bildirib.

Bu barədə Azadlıqradiosuna Universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültələrinin tələbələrindən rektorluğa daxil olan şikayətlərlə bağlı qərarlar qəbul edilib.

Hüquq fakültəsinin dekan vəzifəsini icra edən professor Firudin Səməndərov vəzifəsindən azad olunub.

Adı çəkilən fakültəsinin işində dönüş yaratmaq məqsədi ilə tədris işləri üzrə prorektor Vüsət Əfəndiyevin rəhbərliyi ilə komissiya yaradılıb.

Eyni zamanda, işdə buraxdıqları ciddi nöqsanlara görə Mülki hüquq kafedrasının müdiri Rəisə Dünyamalıyeva, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Sədiyar Zeynalov vəzifələrindən azad ediliblər.

Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimova isə son xəbərdarlıqla şiddətli töhmət verilib.

Həmçinin BDU Kadrlar şöbəsinin rəisi Rüstəm Əhmədov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib.

İclasda fakültə dekanlarına və struktur rəhbərlərinə bir vəzifə olaraq tapşırılıb ki, bütün müraciətlərə, xüsusilə tələbələrə son dərəcə diqqət və həssaslıqla yanaşsınlar, işlərində ciddi dönüş yaratsınlar.
XS
SM
MD
LG