Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:51

İctimai palata kütləvi aksiyalara hazırlıqlara başlayır


İctimai palatanın koordinasiya şurası kütləvi aksiyalara hazırlıqlara başlamaqla bağlı qərar verib.

Bu barədə koordinasiya şurasının fevralın 24-də Müsavat partiyası qərargahında keçirilən toplantısında qərar verilib.

Şura üzvü Aqil Səmədbəylinin AzadlıqRadiosuna dediyinə görə, aksiyalara nə vaxt başlanması ilə bağlı qərarın fevralın 26-da İctimai Palatanın 2-ci sessiyasında veriləcəyi gözlənilir.

“Aksiyalarda əsas tələb parlament seçkilərinin yenidən keçirilməsi, korrupsiya və rüşvətə qarşı ciddi mübarizə aparılması və demokratik cəmiyyətin qurulması ilə bağlı olacaq”.

Siyasi partiya nümayəndələrinin, QHT-lərin, ehtiyatda olan yüksək rütbəli zabitlərin təmsil olunduğu İctimai Palata parlament seçkilərindən sonra yaradılıb.

Hazırda bu palatanın 200-ə yaxın üzvü var.
XS
SM
MD
LG