Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:41

Steinberg İlham Əliyevlə görüşüb


Fevralın 24-də prezident İlham Əliyev ABŞ dövlət katibinin birinci müavini James B. Steinbergin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə AzərTAc məlumat yayıb.

Azərbaycan prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, əvvəlcə İlham Əliyevlə James B. Steinberg arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG