Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13
ABŞ dövlət katibinin müavini James B. Steinberg Azərbaycandadır. Bundan əvvəl o Ermənistan və Gürcüstanda olub.

ABŞ rəsmisi fevralın 24-də Azərbaycan prezidenti və vətəndaş cəmiyyətinin nümayəndələriylə görüşməlidir. Yeri gəlmişkən, onun aparıcı müxalifət partiyaları ilə görüşü planlaşdırmayıb.

O ki qaldı, cənab Steinbergin İlham Əliyevlə görüşünə. Steinberg bildirdi ki, “bu günkü görüş iki prezidentin və həmçinin dövlət katibiylə İlham Əliyevin görüşlərinin davamı olacaq».

ABŞ rəsmisi dövlət başçısı ilə qarşılıqlı münasibətləri necə inkişaf etdirmək, strateji əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklərini söylədi. Həmçinin Azərbaycanın Əfqanıstanda və başqa bölgələrdəki əməliyyatlarda ABŞ-a verdiyi dəstəyə görə təşəkkür edəcək.

«BİZ İSTƏYİRİK Kİ...»

ABŞ rəsmisi Azərbaycan prezidentiylə demokratiya, insan haqları və anti-korrupsiya məsələlərini müzakirə edəcəyini də söylədi.

«Biz bu məsələlərlə bağlı həm prezident Əliyevlə, həm hökumətlə müntəzəm görüşlər keçirmişik. Biz istəiyrik ki, bütün bu fəaliyyətlər sonda Azərbaycanda tolerant cəmiyyətin yaranmasına gətirsin. Cəmiyyətdəki bütün vətəndaşların fəal iştirak edəcəyi bir şərait yaransın. Bundan başqa, biz son anti-korrupsiya təşəbbüslərini çox alqışlayırıq və hesab edirik ki, bu müsbət təşəbbüsdür. Biz Azərbaycanda güclü vətəndaş cəmiyyətinin yaradılmasında maraqlıyıq. Bundan başqa, biz istəyirik ki, Azərbaycanın enerji sahəsindəki uğurları davam etsin. İqtisadiyyat təkcə enerji resurslarına əsaslanmamalı, iqtisadiyyat şaxələndirilməlidir. Azərbaycan vətəndaşları üçün bu şərait yaradılmalıdır».

«TƏRƏFLƏR ÇEVİKLİK VƏ UYARLILIQ GÖSTƏRMƏLİDİRLƏR»


Cənab Steinberg prezidentlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edəcək. O İlham Əliyevin münaqişənin həlliylə bağlı fikrini öyrənəcək, həmçinin müzakirə edəcəklər ki, prosesi necə irəli apramaq olar.

ABŞ rəsmisinin sözlərinə görə, tərəflər bu məsələdə çeviklik və uyarlılıq göstərməlidirlər.

«ABŞ MESAJ VERƏCƏK Kİ, ŞANS VAR»


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev deyir ki, Azərbaycanla ciddi enerji layihələri reallaşdıran ABŞ Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Amma bu da var ki, reallıqlar dəyişir. ABŞ-ın indiki administrasiyası da Azərbaycanın əvvəlki daxili siyasətini dəstəkləmir.

«ABŞ tək Azərbaycana yox, bir çox ölkələrə çatdırmaq istəyir ki, Yaxın Şərqdəki hadisələrdən sığortalanmağın bir yolu var. Hakimiyyət başında olanlar özləri demokratik islahatlara başlamalıdırlar. Korrupsiya ilə real mübarizəyə başlamalıdırlar. Artıq görüntü yaratmaq, bu məsələləri uzatmaq bu hakimiyyətlərin özləri üçün təhlükəlidir. Azərbaycana növbəti dəfə çatdırlacaq ki, inqilabi proseslərdən qurtarmaq üçün şans var. Bu da o deməkdir ki, hakimiyət islahatlara başlamıldır».

Amma Zəfər Quliyev deyir ki, hakimiyyət bu şansdan istifadə edəcəkmi ya yox, bu başqa məsələdir.

«MƏQSƏD DANIŞIQLARI CANLANDIRMAQDIR»

Müxalifət partiyasının sədri Əli Kərimliyə görəsə bu səfər daha çox Dağlıq Qarabağ münaqişəsiylə bağlı müzakirələrlə bağlıdır.

«Demkoratik islahatlar və insan haqları ilə bağlı fikir mübadiləsi olacaq. Bundan yan keçmək olmaz. Xüsusən indiki zamanda. Amma məncə, bu səfərdə əsas prioritet Qarabağla bağlı müzakirələri canlandırmaqdır. Soçi görüşü ərəfəsində tərəflərin mövqeyini yaxınlaşdırmağa cəhddir. Həm də görünür ki, müharibə bəyanatlar ilə bağlı, atəşkəsin pozulması ilə bağlı beynəlxalq təşkilatlarda narahalıq var».

Martın 5-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Şərhləri göstər

XS
SM
MD
LG