Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

ABŞ Dövlət katibinin müavini Steinberg Bakıdadır


Birləşmiş Ştatların dövlət katibinin müavini Ceyms Steinberqin Azərbaycana səfəri başlayıb.

ANS TV-nin məlumatına görə, o, hava limanında jurnalistlərə müsahibəsində Bakıda prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyini deyib.

Danışıqlarda əsas müzakirə predmeti Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Steynberq həmçinin Azərbaycanda korrupsiya ilə mübarizəni alqışlayıb.

Xatırladaq ki, ABŞ Dövlət departamentinin rəsmisi bundan əvvəl İrəvanda olub və
Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG