Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

Liviyanın Misrata şəhərində də aksiyaçılara hücum edilib


Liviya lideri Muammar Gaddafiyə sadiq qüvvələr böyüklüyünə görə 3-cü olan Misrata şəhərində etirazçılara hücum ediblər.

Bu şəhər paytaxt Tripolinin 200 kilometrliyində yerləşir.

Döyüş hava limanının yaxınlığında gedir.

Amma etirazçılar şəhərin mərkəzinin onların əlində olduğunu deyirlər.

Həmçinin Gaddafiyə sadiq qüvvələr bundan əvvəl Tripolinin 50 kilometrliyində yerləşən Zaviya şəhərində nümayişçilərə hücum ediblər.

Dövlət televiziyasının məlumatına görə Gaddafinin şəhər sakinlərinə müraciəti gözlənilir.

Məlumatlara görə Tripolinin 120 kilometrliyində yerləşən Zuara şəhəri hazırda etirazçıların əlindədir.

Ölkənin şərqini götürmüş etirazçılar paytaxt Tripolini Qaddafi qüvvələrindən azad edəcəklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG