Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35
Rusiyanın Tatarıstan respublikasının muftisi Rusiya hökumətinin imamların təyin olunması və onların yalan dedektorundan keçiriləcəyi, o cümlədən məsciddə İslamın əsaslarının öyrənilməsinin qadagan olunacağı ilə bağlı yayılan xəbərləri “yalan dolu və böhtan xarakterli” adlandırıb.

Tatarıstanın müftisi İlduz Faziov İnterfaxsa şərhində Kazanda məscidin imamı Nurulla Qabdullı Qaliullinanın dediklərinin “yalan və böhtan” olduğunu söyləyib.

- Mən hesab edirəm ki, bu adam bu cür çıxışlarla Tararıstanın yeni mufti seçkilərini qazanmaq üçün siyasi dividend yığmağa çalışır.

Qaliullin ötən həftənin sonu Tatarıstan paytaxtı Kazanda piket təşkil edib. Piket zamanı imam “müsəlman respublikasının hüquqlarının pozulması” ilə bağlı vərəqələr yayıb. O, burda Novoşeşminsk rayonun imamlarının islamçı ekstremist qruplarla əlaqələrdə şübhələnilən şəxs kimi evlərinin axtarıldığını göstərib. Piketdə hüquq müdafiəçilərinin dediyinə görə, arasında daha çox qadın olan 20 adam iştirak edib.

Galiullin həmçinin iddia edib ki, hökumət rəsmiləri yanvarın 25-də Novoşeşminsk imamları ilə görüşlərində xəbərdarlıq ediblər ki, müsəlmanların hüquqları məhdudlaşdırıla bilər.

“Qaliullin görüşdə deyilənləri təhrif edib”

“Mən Novoşeşminskin əyalətinin rəhbərliyi ilə əlaqə saxlamışam, onlar deyiblər ki, Qaliullin bu günlərdə rayon rəhbərliyi və Tararıstan prezidentinin nümayəndələrinin imamlarla görüşündə iştirak etməyib və faktiki orda deyilənləri təhrif edib, - Faizov deyib.

Onun sözlərinə görə, görüşdə rəsmilər imamlara radikal öyrətmənin təhlükəliliyini izah ediblər və xəbərdarlıq ediblər ki, hər hansı ekstremist hərəkətdən çəkinsinlər:
Burda hicab geyinməyə hər hansı qadağa olmayıb və hər hansı testdən keçirilməsi məsələsi müzakirə edilməyib. Bunlar hamısı yalandır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG