Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Əfqanıstanda törədilmiş partlayışda 1 zabit ölüb,24 nəfər yaralanıb


Əfqanıstanın Qəndəhar əyalətində törədilmiş partlayışda 1 zabit ölüb, 20-dən çox adam isə yaralanıb.

Yerli hakimiyyətin məlumatına görə intiharçı Spin Boldak şəhərindəki bazarda özünü partladıb.

Bu şəhər Pakistan sərhəddinin yaxınlığında yerləşir.

Xəsarət alanlardan 6-sı təhlükəsizlik qüvvələrinin əməkdaşları, 2-si isə polisdir.

Son 3 həftə ərzində intiharçıların Əfqanıstanda törətdikləri partlayışlarda 100-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG