Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

Gaddafiyə sadiq qüvvələr Zaviya şəhərində etirazçılara hücum ediblər


Məlumatlara görə Liviya lideri Muammar Gaddafiyə sadiq qüvvələr Zaviya şəhərində nümayişçilərə hücum ediblər.

Bu şəhər paytaxt Tripolinin 50 kilometrliyində yerləşir.

Hərbçilər etirazçıların yığışdığı məsçidin minarəsini raketlə partladıb.

Agentliklər şahidlərə istinadla ağır itki olduğunu xəbər verirlər.

Dövlət televiziyasının məlumatına görə Gaddafinin şəhər sakinlərinə müraciəti gözlənilir.
Məlumatlara görə Tripolinin 120 kilometrliyində yerləşən Zuara şəhəri hazırda etirazçıların əlindədir.

ABŞ prezidenti Barak Obama Liviyada baş verənlərin yolverilməz olduğunu bildirib və öz administrasiyasına mümkün sanksiyalar da daxil olmaqla tədbirlər hazırlamağı göstəriş verib.

Hazırda ölkənin şərqi etirazçıların əlindədir və onlar paytaxt Tripolini Qaddafi qüvvələrindən azad edəcəklərini vəd ediblər.

Xaricilər Liviyanı tərk etməyə cəhd göstərirlər.

Bir sıra ölkələr öz vətəndaşlarını çıxarmaq üçün Liviyaya təyyarə gəmi və bərələr göndəriblər.
XS
SM
MD
LG